14 avqust 2026. Cümə

Rəqibini dişləyən futbolçuya 4 oyunluq cəza


Rəqibini dişləyən futbolçuya 4 oyunluq cəza
İtaliyanın “Latsio” klubunun yarımmüdafiəçisi Patrik Qabarron 4 oyunluq cəzalandırılıb.
 
Corner.az xəbər verir ki, buna səbəb onun A Seriyasının 31-ci turu çərçivəsində səfərdə “Leççe” ilə oyunu zamanı rəqib futbolçu Julio Donatini dişləməsi olub.
 
İspaniyalı futbolçu 1:2 hesabıyla uduzduqları bu qarşılaşmanın 90-cı dəqiqəsində idmançıya yaraşmayan hərəkətə yol verdiyi üçün birbaşa qırmızı vərəqə ilə meydandan qovulub. 
 
Artıq İtaliya Futbol Federasiyası 27 yaşlı yarımmüdafiəçini bu hərəkətinə görə 4 oyunluq diskvalifikasiya edib. Qabarron həm də 10 min avro cərimə ödəməli olacaq.






İtaliya S.A.

“İnter” “Yuventus”u məğlub etdi
  • İtaliya S.A.
  • 20:08 08.08.2026
“İnter” “Yuventus”u məğlub etdi
"Ümid edirəm ki, Leau "Milan"da qalacaq"
  • İtaliya S.A.
  • 23:59 05.08.2026
"Ümid edirəm ki, Leau "Milan"da qalacaq"