26 aprel 2026. Bazar günü

Dzeko Roma'nın tarixinə düşdü


Dzeko Roma'nın tarixinə düşdü

İtaliya A Seriyasının 33-cü turunda “Verona” üzərində 2:1 hesablı qələbə "Roma"nın futbolçusu Edin Dzeko üçün əlamətdar olub.

Corner.az xəbər verir ki, bosniyalı hücumçu sözügedən görüşdə qol vurmaqla klubun tarixinə keçib.

2016-cı ildən paytaxt təmsilçisində çıxış edən Dzeko klubdakı qollarının sayını 105-ə çatdırıb. Bu göstərici ilə o, “Roma”da ən çox qol vuran legioner futbolçu adını qazanıb. O, 1959-1965-ci illərdə "Roma"da oynayan argentinalı Pedro Manfredininin rekordunu yeniləyib.

Qeyd edək ki, 34 yaşlı Dzeko bu mövsüm “canavarlar”ın heyətində 39 matç keçirib və 18 qol vurub.(qol)







İtaliya S.A.

Bremer "Yuventus"da qalmaq istəyir
  • İtaliya S.A.
  • 16:50 25.04.2026
Bremer "Yuventus"da qalmaq istəyir
“Alleqri taktiki baxımdan dahidir”
  • İtaliya S.A.
  • 22:30 23.04.2026
“Alleqri taktiki baxımdan dahidir”