26 aprel 2026. Bazar günü

İnter Roma ilə heç-heçə etdi


İnter Roma ilə heç-heçə etdi
İtaliya A Seriyasında 34-cü turun oyunları keçirilir.
 
Corner.az xəbər verir ki, turun əksər qarşılaşmaları bu gün baş tutub.
 
“Parma” evdə “Sampdoriya”ya uduzub. “Breşiya” SPAL-a, “Fiorentina” “Torino”ya, “Cenoa” “Leççe”yə, “Napoli” isə “Udineze”yə qalib gəlib.
 
Turun maraqla gözlənilən qarşılaşmasında isə “İnter” səfərdə “Roma”nın qonağı olub. Dörd qolun qeydə alındığı bu görüşdə qalib müəyyənləşməyib.
 
İtaliya A Seriyası
34-cü tur
18 iyul
 
Verona – Atalanta 1:1
Qol: Pessina, 59 – Sapata, 50.
 
Kalyari – Sassuolo 1:1
Qol: J.Pedro, 63 – Kaputo, 12.
 
Milan – Bolonya 5:1
Qol: Salemakers, 10. H.Çalhanoğlu, 24. Bennaser, 49. Rebiç – 57. Kalabriya, 90+2 – Tomiyasu, 44.
 
19 iyul
 
Parma – Sampdoriya 2:3
Qol: Jervinyo, 18. Bereşinski, 40-öz qapısına – Şabot, 48. Kvalyarella, 69. Bonassoli, 78.
 
Breşiya – SPAL 2:1
Qol: Zmrhal, 69; 90+3 – Dabo, 42.
 
Fiorentina – Torino 2:0
Qol: Lyanko, 2-öz qapısına. Kutrone, 75.
 
Cenoa – Leççe 2:1
Qol: Sanabriya, 7. Qabriel, 81-öz qapısına – Mankosu, 60.
 
Napoli – Udineze 2:1
Qol: Milik, 31. Politano, 90+5 – De Paul, 22.
 
Roma – İnter 2:2
Qol: Spinatsola, 45+1. Mxitaryan, 57 – De Vrey, 15. Lukaku, 87-pen.






İtaliya S.A.

Bremer "Yuventus"da qalmaq istəyir
  • İtaliya S.A.
  • 16:50 25.04.2026
Bremer "Yuventus"da qalmaq istəyir
“Alleqri taktiki baxımdan dahidir”
  • İtaliya S.A.
  • 22:30 23.04.2026
“Alleqri taktiki baxımdan dahidir”