26 aprel 2026. Bazar günü

Sürətdən qorxan F1 pilotu gördünüzmü? - Sarri


Sürətdən qorxan F1 pilotu gördünüzmü? - Sarri

"Yuventus"un baş məşqçisi Maurissio Sarri mümkün istefası ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Corner.az "Football İtalia"ya istinadən xəbər verir ki, o, bununla bağlı deyib:

"Sürətdən qorxan "Formula 1" pilotunu heç görmüsünüz? Bu, mənim işimin bir hissəsidir: qalib gəldiyiniz zaman hər şey yaxşı, uduzduğunuz zaman isə hər şey pisdir. Klubumla müqaviləm var və onu nəyin bahasına olursa olsun, yerinə yetirmək istəyirəm. Hazırda mövsümün son oyunlarına diqqət etməliyəm. Və bunun nəticələrini görəcəyik".

Qeyd edək ki, "Yuventus" İtaliya A seriyasında son üç turda qalib gələ bilmir. Turin təmsilçisi 77 xalla  turnir cədvəlində liderdir.(qol)







İtaliya S.A.

Bremer "Yuventus"da qalmaq istəyir
  • İtaliya S.A.
  • 16:50 25.04.2026
Bremer "Yuventus"da qalmaq istəyir
“Alleqri taktiki baxımdan dahidir”
  • İtaliya S.A.
  • 22:30 23.04.2026
“Alleqri taktiki baxımdan dahidir”