23 oktyabr 2024. Çərşənbə

Rekordlar həmişə vacibdir, amma ...


Rekordlar həmişə vacibdir, amma ...

"Yuventus"un futbolçusu Kriştiano Ronaldo İtaliya A seriyasının 34-cü turunda "Latsio" üzərində 2:1 hesablı qələbəni şərh edib.

Corner.az "Football İtalia"ya istinadən xəbər verir ki, sözügedən görüşdə dubla imza ataraq yeni rekordlar qıran portuqaliyalı hücumçu deyib:

"Gözəl mövsüm keçirən komandaya qarşı çətin bir matç olacağını bilirdik. Bu qələbədən çox məmnunuq. Rekordlar? Rekordlar həmişə vacibdir, amma komandanın qələbəsi ilk növbədə gəlir. "Yuventus"un səviyyəsini bir daha göstərə bildik".

Qeyd edək ki, Ronaldo Premyer Liqa, La Liqa və A seriyasında 50 və daha çox qol vuran ilk futbolçu olub. Bundan başqa, 35 yaşlı hücumçu ən az 1994/1995 mövsümündən bəri A seriyasında 50-dən çox qol vuran ən sürətli oyunçu olub. O, 50 qol səddini 61 matça aşıb.(qol)







İtaliya S.A.

"Napoli"dən Kvaratsxeliya açıqlaması
  • İtaliya S.A.
  • 17:38 21.10.2024
"Napoli"dən Kvaratsxeliya açıqlaması
"Çətin matç oldu" - Konte
  • İtaliya S.A.
  • 16:40 21.10.2024
"Çətin matç oldu" - Konte
"İnter" səfərdə "Roma"ya qalib gəldi
  • İtaliya S.A.
  • 01:00 21.10.2024
"İnter" səfərdə "Roma"ya qalib gəldi
Çalhanoğlu sıradan çıxdı
  • İtaliya S.A.
  • 23:05 20.10.2024
Çalhanoğlu sıradan çıxdı
"Milan"da oynamaq çox xoşdur"
  • İtaliya S.A.
  • 10:44 18.10.2024
"Milan"da oynamaq çox xoşdur"