10 may 2026. Bazar günü

2 il sonra yenidən A Seriyada


2 il sonra yenidən A Seriyada
İtaliya A Seriyasında 2020/21 mövsümünün daha bir iştirakçısı müəyyənləşib.
 
Corner.az xəbər verir ki, B Seriyasında çempionluğu təmin edən “Benevento”nun ardından “Krotone” də elitaya vəsiqəni təmin edib.
 
Sözügedən komanda buna 36-cı tur çərçivəsində səfərdə “Livorno”nu 5:1 hesabıyla məğlub etməklə nail olub. Xal ehtiyatını 65-ə çatdıran “Krotone” sona iki tur qalmış izləyiciləri üçün əlçatmaza çevrilib.
 
Qeyd edək ki, “Krotone” 2 il əvvəl A Seriyasını tərk etmişdi. Kalabriya təmsilçisi tarixində üçüncü dəfə elitaya yüksəlir.






İtaliya S.A.

“Yuventus”a bir qol bəs etdi
  • İtaliya S.A.
  • 01:05 10.05.2026
“Yuventus”a bir qol bəs etdi
De Bruyne “Napoli”də qalır
  • İtaliya S.A.
  • 21:55 06.05.2026
De Bruyne “Napoli”də qalır
“Uğur üçün balans vacibdir”
  • İtaliya S.A.
  • 23:48 04.05.2026
“Uğur üçün balans vacibdir”