17 mart 2026. Çərşənbə axşamı

İbrahimoviç'dən iddialı açıqlama


İbrahimoviç'dən iddialı açıqlama
"Milan"ın isveçli hücumçusu Zlatan İbrahimoviç karyerasını bitirəcəyi ilə bağlı fikrilərə münasibət bildirib

Corner.az-ın xəbərinə görə, 39 yaşlı futbolçu sosial şəbəkə hesablarında video paylaşaraq bunları yazıb:

"Karyeramın sona çatdığını düşünənlər məni tanımırlar. Mən sizin kimi deyiləm. Əgər hər şeyin başa çatdığını düşünürsünüzsə, yanılırsınız. Bütün həyatım boyu mübarizə aparmaq məcburiyyətində qalmışam. Heç kim mənə inanmırdı. Buna görə də mən özümə inandım. Bəzi insanlar məni hesabdan silmək istəyirdi. Amma məni daha da güclü etdilər. Və indi mənim tükəndiyimi düşünürsünüz. Hamınıza demək istədiyim yeganə şey var: Mən Zlatan İbrahimoviçəm və hələ yeni qızışıram".(qol)





İtaliya S.A.

"Roma" səfərdə "Komo"ya uduzdu
  • İtaliya S.A.
  • 23:11 15.03.2026
"Roma" səfərdə "Komo"ya uduzdu
 "Napoli"dən çətin qələbə
  • İtaliya S.A.
  • 23:07 14.03.2026
"Napoli"dən çətin qələbə