5 dekabr 2025. Cümə

Yuventus'dan ardıcıl 9-cu çempionluq


Yuventus'dan ardıcıl 9-cu çempionluq
İtaliya A Seriyasında 36-cı turun oyunlarına yekun vurulub.
 
Corner.az xəbər verir ki, turun əksər qarşılaşmaları sonuncu oyun gününə təsadüf edib.
 
Son turda “Udineze”yə uduzan “Yuventus”, bu dəfə  öz meydanında “Sampdoriya”nı qəbul edib. Turin təmsilçisi inamlı qələbə qazanaraq sona iki tur qalmış çempionluğu təmin edib. 
 
“Qoca sinyora” ardıcıl 9-cu, bütövlükdə isə 36-cı dəfə İtaliya çempionu olub.
 
İtaliya A Seriyası
36-cı tur
24 iyul
 
Milan – Atalanta 1:1
Qol: H.Çalhanoğlu, 14 – Sapata, 34.
 
25 iyul
 
Breşiya – Parma 1:2
Qol: Dessena, 62 – Darmian, 59. Kuluşevski, 81.
 
Cenoa – İnter 0:3
Qol: Lukaku, 34; 90+4. A.Sançes, 83.
 
Napoli – Sassuolo 2:0
Qol: Husay, 8. Allan, 90+4.
 
26 iyul
 
Bolonya – Leççe 3:2
Qol: Palasio, 2. Soriano, 5. Barrov, 90+3 – Mankosu, 45+2. Falko, 66.
 
Roma – Fiorentina 2:1
Qol: Veretu, 45-pen; 87-pen – Milenkoviç, 54.
 
Kalyari – Udineze 0:1
Qol: Okaka, 3.
 
SPAL – Torino 1:1
Qol: D’Alessandro, 80 – Verdi, 57.
 
Verona – Latsio 1:5
Qol: Amrabat, 38 – İmmobile, 45+6-pen; 84; 90+4-pen. Milinkoviç-Saviç, 56. Korrea, 63.
 
Yuventus – Sampdoriya 2:0
Qol: Ronaldo, 45+7. Bernardeski, 67.






İtaliya S.A.

“Kivu ilə daha çox pressinq edirik”
  • İtaliya S.A.
  • 23:59 02.12.2025
“Kivu ilə daha çox pressinq edirik”