10 may 2026. Bazar günü

Buffon'la Sarri Yuventus'un tarixinə düşdü


Buffon'la Sarri Yuventus'un tarixinə düşdü
İtaliya A Seriyasının 36-cı turu çərçivəsində “Sampdoriya”nı 2:0 hesabı ilə məğlub edən “Yuventus” çempionluğunu rəsmiləşdirib.
 
Corner.az xəbər verir ki, Turin təmsilçisinin qapıçısı Canluici Buffonla baş məşqçi Mauritsio Sarri isə çempionatın tarixinə düşüb. 
 
Belə ki, 42 yaşlı qolkiper İtaliya A Seriyası çempionluğunu 10 dəfə qazanan ilk futbolçu olub. O, 2001/02, 2002/03, 2011/12, 2012/13, 2013/14, 2014/15, 2015/16, 2016/17, 2017/18, 2019/20-ci il mövsümlərində “Yuventus”un heyətində çempion olub.
 
Sarri isə A Seriyası tarixinə çempion olan ən yaşlı baş məşqçi kimi düşüb. O, 61 yaş 198 günlüyündə bu nailiyyəti qazanıb
 
Qeyd edək ki, bu, “Yuventus”un ardıcıl 9-cu, ümumilikdə 36-cı çempionluğu olub.






İtaliya S.A.

“Yuventus”a bir qol bəs etdi
  • İtaliya S.A.
  • 01:05 10.05.2026
“Yuventus”a bir qol bəs etdi
De Bruyne “Napoli”də qalır
  • İtaliya S.A.
  • 21:55 06.05.2026
De Bruyne “Napoli”də qalır
“Uğur üçün balans vacibdir”
  • İtaliya S.A.
  • 23:48 04.05.2026
“Uğur üçün balans vacibdir”