13 avqust 2026. Cümə axşamı

Qızıl buts'un sahibi bilindi


Qızıl buts'un sahibi bilindi

"Latsio"nun futbolçusu Çiro İmmobile A seriyasında bombardirlik rekordu yeniləyib və "Qızıl buts" qazanıb.

Corner.az xəbər verir ki, 30 yaşlı oyunçu buna 38-ci turda "Napoli" ilə matçda (1:3) nail olub. O, 22-ci dəqiqədə fərqlənməklə 1 mövsümdə vurduğu qolların sayını 36-ya çatdırıb. İmmobile bununla da "Napoli"nin sabiq futbolçusu Qonsalo İquainin 2015-2016-cı illər mövsümündəki rekordunu yeniləyib.

Bundan əlavə italiyalı oyunçu Avropa çempionatlarının ən məhsuldar futbolçusu kimi "Qızıl buts" mükafatını qazanıb.

Qeyd edək ki, bu mövsüm ən çox qol vuran 2-ci futbolçu  "Bavariya"dan Robert Levandovski (34 qol), 3-cü isə "Yuventus"dan Kriştiano Ronaldo (31 qol) olub.(qol)







İtaliya S.A.

“İnter” “Yuventus”u məğlub etdi
  • İtaliya S.A.
  • 20:08 08.08.2026
“İnter” “Yuventus”u məğlub etdi
"Ümid edirəm ki, Leau "Milan"da qalacaq"
  • İtaliya S.A.
  • 23:59 05.08.2026
"Ümid edirəm ki, Leau "Milan"da qalacaq"