13 avqust 2026. Cümə axşamı

İbrahimoviç'dən unikal rekord


İbrahimoviç'dən unikal rekord

"Milan"nın isveçli futbolçusu Zlatan İbrahimoviç 1 mövsümdə 10 qol həddinə çatan ən yaşlı oyunçu kimi A Seriyasının  tarixinə düşüb.

Corner.az xəbər verir ki, 38 yaş 302 günlüyündə olan oyunçu  buna 38-ci turda "Kalyari" ilə görüşdə (3:0) nail olub. O,  matçın 55-ci  dəqiqəsində fərqlənməklə 1 mövsümdə vurduğu qolların sayını 10-a çatdırıb. İbrahimoviç bununla da A Seriyasında 10 qol həddinə çatan ən yaşlı oyunçu adını qazanıb.

Qeyd edək ki, indiyədək rekord Silvio Piolaya məxsus idi. O, 1952-ci ildə "Novara"nın heyətində 10 qol həddinə 38 yaş 127 gününlüyündə çatmışdı.(qol)







İtaliya S.A.

“İnter” “Yuventus”u məğlub etdi
  • İtaliya S.A.
  • 20:08 08.08.2026
“İnter” “Yuventus”u məğlub etdi
"Ümid edirəm ki, Leau "Milan"da qalacaq"
  • İtaliya S.A.
  • 23:59 05.08.2026
"Ümid edirəm ki, Leau "Milan"da qalacaq"