30 sentyabr 2026. Çərşənbə

De Liqt azı 3 ay oynamayacaq


De Liqt azı 3 ay oynamayacaq

"Yuventus"un müdafiəçisi Matteys de Liqt çiynindən əməliyyat edilib.

Corner.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 20 yaşlı futbolçunun ən azı 3 ay məşqlərdən uzaq qalacağı gözlənilir.

Qeyd edək ki, niderlandlı futbolçu ötən mövsüm Turin təmsilçisində keçirdiyi 39 oyunda 4 qol vurub, 1 məhsuldar ötürmə edib.







İtaliya S.A.