29 yanvar 2026. Cümə axşamı

Milan Qarabağ'ın sabiq qapıçısını buraxmaq istəmir


Milan Qarabağ'ın sabiq qapıçısını buraxmaq istəmir

"Milan" klubu icarə əsasında komandada çıxış etmiş "Bornmut"un qapıçısı Asmir Beqoviçi buraxmaq istəmir. 

Corner.az "Reprezentacija" nəşrinə istinadən xəbər verir ki, 33 yaşlı qolkiper "Milan"da əsas heyətə düşə bilməsə də, klub onu saxlamaq niyyətindədir. 

İtaliya təmsilçisi bu dəfə Beqoviçi "Bornmut"dan birdəfəlik almağı düşünür. 

Türkiyə mətbuatı isə Asmir Beqoviçin "Fənərbaxça" ilə razılıq əldə etdiyini yazıb.

Qeyd edək ki, Bosniya və Herseqovina millisinin üzvü 2019/2020 mövsümünün ilk yarısında icarə əsasında "Qarabağ"da çıxış edib. O, qış transfer dönəmində eyni statusla "Milan"ına keçib.







İtaliya S.A.

“Pulişiç üçün MLS hələ tezdir”
  • İtaliya S.A.
  • 10:56 27.01.2026
“Pulişiç üçün MLS hələ tezdir”