5 dekabr 2025. Cümə

A Seriyasına yüksələn sonuncu klub


A Seriyasına yüksələn sonuncu klub

Yeni mövsüm İtaliya A seriyasında yarışacaq sonuncu iştirakçı müəyyənləşib.

Corner.az-ın xəbərinə görə, B seriyasının təkrar pley-off matçından sonra müəyyənləşib. İlk görüşdə “Spetsiya” əfsanəvi Alessandro Nestanın rəhbərlik etdiyi “Frozinone”yə 1:0 hesabı ilə qalib gəlib. Evdəki təkrar görüşdə “Spetsiya” eyni hesabla (0:1) uduzub.

Amma bu zaman əlavə vaxt keçirilməyib. Yarışın əsasnaməsinə görə, “Spetsiya” B seriyasını üçüncü yerdə tamamladığı üçün (“Frozinone” 8-ci yer) qalib elan edilib və A seriyasına yüksəlib

Qeyd edək ki, B seriyasında 3-8-ci yerləri tutan komandalar A seriyasına yüksəlmək üçün pley-off matçları keçirir.







İtaliya S.A.

“Kivu ilə daha çox pressinq edirik”
  • İtaliya S.A.
  • 23:59 02.12.2025
“Kivu ilə daha çox pressinq edirik”