23 oktyabr 2024. Çərşənbə

Milan'a maskot olmaq üçün gəlməmişəm


Milan'a maskot olmaq üçün gəlməmişəm

“Milan”la 1 illik yeni müqavilə imzalayan Zlatan İbrahimoviç komandaya qayıdışını şərh edib.

Corner.az xəbər verir ki, 39 yaşlı hücumçu klubun saytına açıqlamasında bunları deyib:


“Nəhayət, bütün detallar həll edildi və özümü evimdəki kimi hiss etdiyim yerə qayıda bilərəm. İndi qarşıda ağır işlərimiz var. Çox məşq etməliyik. Həmişə dediyim kimi, mən buraya maskot olmaq naminə gəlmirəm. Nəticə vermək, komandaya və məşqçiyə kömək etmək, eləcə də “Milan”ı layiq olduğu yerdə görmək üçün buradayam.

Ötən mövsümün ikinci yarısından yaxşı çıxış etməyə başladıq. Lakin heç bir kubok qazanmadıq. Bu çempionatı “Milan”la  birlikdə başlamışam. Qalib gəlmək üçün başladığımız işləri davam etdirməliyik. Səylə məşq etməli və meydanda bütün gücümüzü ortaya qoymalıyıq.

Bütün azarkeşləri salamlayıram. Ümid edirəm ki, tezliklə stadiona qayıdıb, bizim yanımızda olacaqlar. Çünki onların dəstəyinizə ehtiyacımız var. Birlikdə “San Siro"da səs-küy yaratmalıyıq.(qol)







İtaliya S.A.

"Napoli"dən Kvaratsxeliya açıqlaması
  • İtaliya S.A.
  • 17:38 21.10.2024
"Napoli"dən Kvaratsxeliya açıqlaması
"Çətin matç oldu" - Konte
  • İtaliya S.A.
  • 16:40 21.10.2024
"Çətin matç oldu" - Konte
"İnter" səfərdə "Roma"ya qalib gəldi
  • İtaliya S.A.
  • 01:00 21.10.2024
"İnter" səfərdə "Roma"ya qalib gəldi
Çalhanoğlu sıradan çıxdı
  • İtaliya S.A.
  • 23:05 20.10.2024
Çalhanoğlu sıradan çıxdı
"Milan"da oynamaq çox xoşdur"
  • İtaliya S.A.
  • 10:44 18.10.2024
"Milan"da oynamaq çox xoşdur"