“Bolonya” klubunun baş məşqçisi Sinişa Mixayloviçin koronavirusa yoluxması barədə məlumat vermişdik.
Corner.az xəbər verir ki, A Seriyası təmsilçisi 50 yaşlı mütəxəssisin vəziyyəti ilə bağlı yeni məlumat yayıb.
Klub Mixayloviçin koronavirusa qalib gəldiyini açıqlayıb. Onun analiz verdiyi son iki testinin nəticəsi mənfi çıxıb. Serbiyalı baş məşqçinin bu gündən etibarın komandadakı işinin başına qayıdacağı bildirilib.
Qeyd edək ki, avqustun 23-də virusa yoluxan Sinişa Mixayloviç həm də onkoloji xəstəlikdən (leykemiya) əziyyət çəkir.