23 oktyabr 2024. Çərşənbə

İquayn Yuventus'dan ayrıldı


İquayn Yuventus'dan ayrıldı
 “Yuventus” hücumçusu Qonsalo İquayn ilə yollarını ayırıb.
 
Corner.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
32 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Turin təmsilçisi argentinalı hücumçuya xidmətlərinə görə təşəkkür edib və  gələcək karyerasında uğurlar arzulayıb.
 
İtaliya mətbuatının yazdığına görə, İquayn karyerasını İngiltərə yığmasının sabiq kapitanı Devid Bekhemin sahibi olduğu ABŞ-ın “İnter Mayami” klubunda davam etdirəcək. “Yuventus” İquayni “Barselona”nın uruqvaylı hücumçusu Luis Suares və ya “Roma”nın bosniyalı forvardı Edin Dzeko ilə əvəz edəcəyi bildirilir.

Qeyd edək ki, İquayn 2016-cı ildə “Napoli”dən 90 milyon avroya “Yuventus”a transfer edilmişdi. 2018/19 mövsümünü icarə əsasında “Milan” və “Çelsi”də keçirən futbolçu, “Yuventus” formasıyla çıxdığı 149 matçda 66 qol sevinci yaşayıb.






İtaliya S.A.

"Napoli"dən Kvaratsxeliya açıqlaması
  • İtaliya S.A.
  • 17:38 21.10.2024
"Napoli"dən Kvaratsxeliya açıqlaması
"Çətin matç oldu" - Konte
  • İtaliya S.A.
  • 16:40 21.10.2024
"Çətin matç oldu" - Konte
"İnter" səfərdə "Roma"ya qalib gəldi
  • İtaliya S.A.
  • 01:00 21.10.2024
"İnter" səfərdə "Roma"ya qalib gəldi
Çalhanoğlu sıradan çıxdı
  • İtaliya S.A.
  • 23:05 20.10.2024
Çalhanoğlu sıradan çıxdı
"Milan"da oynamaq çox xoşdur"
  • İtaliya S.A.
  • 10:44 18.10.2024
"Milan"da oynamaq çox xoşdur"