14 avqust 2026. Cümə

Ronaldo mükafatlandırıldı


Ronaldo mükafatlandırıldı

Portuqaliya millisinin və "Yuventus"un futbolçusu Kriştiano Ronaldo karyerası ərzində 5-ci dəfə  Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) mükafatına layiq görülüb.

Corner.az xəbər verir ki, bu barədə 35 yaşlı hücumçu özünün "İnstaqram" hesabında paylaşım edib. Portuqaliyalı futbolçu 2019-cı ildə dünyanın ən yaxşı bombardiri seçildiyini bildirib.

"İFFHS-in dünyanın ən mükafatını aldığım üçün xoşbəxtəm" - deyə Ronaldo yazıb.

Qeyd edək ki, bu mükafat bir təqvim ili ərzində milli komanda və klub səviyyəsində ən çox qol vuran futbolçuya təqdim olunur.  Ronaldo 2019-cu ildə milli və "Yuventus"da ümumilikdə 21 qol vurub.







İtaliya S.A.

“İnter” “Yuventus”u məğlub etdi
  • İtaliya S.A.
  • 20:08 08.08.2026
“İnter” “Yuventus”u məğlub etdi
"Ümid edirəm ki, Leau "Milan"da qalacaq"
  • İtaliya S.A.
  • 23:59 05.08.2026
"Ümid edirəm ki, Leau "Milan"da qalacaq"