17 mart 2026. Çərşənbə axşamı

Napoli və Yuventus'dan qələbə


Napoli və Yuventus'dan qələbə
İtaliya A Seriyasında yeni mövsümün ilk turunun oyunları keçirilir.
 
Corner.az xəbər verir ki, bazar günü dörd qarşılaşma baş tutub. 
 
“Sassuolo” – “Kalyari” matçında qalib müəyyənləşməyib. Səfərdə “Parma”nın qonağı olan “Napoli” inamlı qələbə qazanıb. “Cenoa” isə  öz meydanında “Krotone”ni darmadağın edib. 
 
Son çempion “Yuventus” öz meydanında “Sampdoriya”nı sınağa çəkib və darmadağınla qalib gəlib.
 
İlk turun “Benevento” – “İnter”, “Udineze” – “Spetsiya” və “Latsio” – “Atalanta” matçları təxirə salınıb.
 
İtaliya A Seriyası
1-ci tur
19 sentyabr
 
Fiorentina – Torino 1:0
Qol: Kastrovilli, 78.
 
Verona – Roma 0:0
 
20 sentyabr
 
Parma – Napoli 0:2
Qol: Mertens, 63. İnsinye, 77.
 
Cenoa – Krotone 4:1
Qol: Destro, 6. Pandev, 9. Zappakosta, 34. Pyatsa, 75 – Riviere, 28.
 
Sassuolo – Kalyari 1:1
Qol: Burabia, 87 – Simeone, 77.
 
Yuventus – Sampdoriya 3:0
Qol: Kuluşevski, 13. Bonuççi, 79. Ronaldo, 89.






İtaliya S.A.

"Roma" səfərdə "Komo"ya uduzdu
  • İtaliya S.A.
  • 23:11 15.03.2026
"Roma" səfərdə "Komo"ya uduzdu
 "Napoli"dən çətin qələbə
  • İtaliya S.A.
  • 23:07 14.03.2026
"Napoli"dən çətin qələbə