23 oktyabr 2024. Çərşənbə

Roma'ya texniki məğlubiyyət verilə bilər


Roma'ya texniki məğlubiyyət verilə bilər
 “Roma” klubu A Seriyasının 1-ci turu çərçivəsində qarşılaşdığı “Verona” ilə oyuna görə texniki məğlubiyyət ala bilər.
 
Corner.az İtaliya mətbuatına istinadən xəbər verir ki,  buna oyunda sifariş olunmamış futbolçunu meydana buraxılması səbəb olub.
 
Belə ki, paytaxt klubunun yarımmüdafiəçisi Amadu Diavara yeni mövsüm üçün komandanın iştirak ərizəsinə daxil edilməsə də, məşqçilər onu start heyətində meydana buraxıblar. 23 yaşlı yarımmüdafiəçi bu görüşün 89-cu dəqiqəsində əvəzlənib.
 
İtaliya mətbuatının yazdığına görə, A Seriyasında sonuncu dəfə belə bir hadisəni 2016-cı ildə “Sassuolo” klubu yaşayıb və sözügedən kluba “Peskara” ilə oyunda texniki məğlubiyyət verilib. Reqlamentə görə “Roma”nın da eyni cəzaya məruz qalması gözlənilir.
 
Qeyd edək ki, “Verona” – “Roma” qarşılaşmasında qapılara qol vurulmayıb – 0:0.






İtaliya S.A.

"Napoli"dən Kvaratsxeliya açıqlaması
  • İtaliya S.A.
  • 17:38 21.10.2024
"Napoli"dən Kvaratsxeliya açıqlaması
"Çətin matç oldu" - Konte
  • İtaliya S.A.
  • 16:40 21.10.2024
"Çətin matç oldu" - Konte
"İnter" səfərdə "Roma"ya qalib gəldi
  • İtaliya S.A.
  • 01:00 21.10.2024
"İnter" səfərdə "Roma"ya qalib gəldi
Çalhanoğlu sıradan çıxdı
  • İtaliya S.A.
  • 23:05 20.10.2024
Çalhanoğlu sıradan çıxdı
"Milan"da oynamaq çox xoşdur"
  • İtaliya S.A.
  • 10:44 18.10.2024
"Milan"da oynamaq çox xoşdur"