1 may 2026. Cümə

İbrahimoviç özünü Benjamin Battona bənzətdi


İbrahimoviç özünü Benjamin Battona bənzətdi

"Milan"ın futbolçusu Zlatan İbrahimoviç özünü "Benjamin Battonun maraqlı hekayəsi" filminin qəhrəmanı ilə müqayisə edib. 

Corner.az-ın məlumatına görə, 38 yaşlı hücumçu A Seriyasının 2-ci turunda "Bolonya"nı 2:0 hesabı ilə məğlub etdikləri matçdan sonra "Twitter"də paylaşım edib. O, fotosuna "Benjamin Batton" yazıb. 

Qeyd edək ki, "Benjamin Battonun maraqlı hekayəsi" filmi 80 yaşında anadan olub, daha sonra cavanlaşmağa başlayan insandan bəhs edir. 

Əlavə edək ki, "Milan"ın heyətində hər iki qolu Zlatan İbrahimoviç vurub







İtaliya S.A.

 “Atalanta” səfərdə uduzdu
  • İtaliya S.A.
  • 23:47 27.04.2026
“Atalanta” səfərdə uduzdu