13 avqust 2026. Cümə axşamı

İnter'dən əzmkar qələbə


İnter'dən əzmkar qələbə
İtaliya A Seriyasında 2-ci turun oyunlarına start verilib.
 
Corner.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma keçirilib.
 
Açılış matçında “Atalanta”  səfərdə “Torino” ilə üz-üzə gəlib. Altı qolun qeydə alındığı matç qonaqların qələbəsiylə yekunlaşıb. “Latsio” bu turda səfərdə “Kalyari”nin qonağı olub və inamlı qələbə qazanıb. “Benevento” da səfərdə “Sampdoriya”dan üstün olub. Gecənin ən maraqlı matçı “İnter”lə “Fiorentina” arasında baş tutub. Yeddi qolun vurulduğu dramatik görüş meydan sahiblərinin çətin qələbəsi ilə başa çatıb.
 
İtaliya A Seriyası
2-ci tur
26 sentyabr
 
Torino – Atalanta 2:4
Qol: Belotti, 11; 43 – A.Qomes, 13. Muriel, 21. Hatebor, 42. De Roon, 54.
 
Kalyari – Latsio 0:2
Qol: Lazzari, 4. İmmobile, 74.
 
Sampdoriya – Benevento 2:3
Qol: Kvalyarella, 8. Kolli, 18 – Kaldirola, 33; 72. Letizia, 88.
 
İnter – Fiorentina 4:3
Qol: L.Martines, 45+2. Çekkerini, 52-öz qapısına. Lukaku, 87. D`Ambrosio, 89 – Kuame, 3. Kastrovilli, 57. Kyeza, 63.






İtaliya S.A.

“İnter” “Yuventus”u məğlub etdi
  • İtaliya S.A.
  • 20:08 08.08.2026
“İnter” “Yuventus”u məğlub etdi
"Ümid edirəm ki, Leau "Milan"da qalacaq"
  • İtaliya S.A.
  • 23:59 05.08.2026
"Ümid edirəm ki, Leau "Milan"da qalacaq"