İtaliya A Seriyasında 2-ci turun oyunları keçirilir.
Corner.az xəbər verir ki, turun əksər qarşılaşmaları bazar gününə təsadüf edib.
Səfərdə “Spetsiya”nın qonağı olan “Sassuolo” darmadağına sevinibsə, “Verona” “Udineze”yə minimal hesabla qalib gəlib . “Napoli” “Cenoa”nı 6 cavabsız qolla məğlub edib. “Krotone”nin qonağı olan “Milan” da inamlı qələbə qazanıb.
Turun mərkəzi görüşündə son çempion “Yuventus” səfərdə “Roma”nın qonağı olub. Dörd qolun qeydə alındığı görüşdə qalib müəyyənləşməyib.
İtaliya A Seriyası
2-ci tur
26 sentyabr
Torino – Atalanta 2:4
Qol: Belotti, 11; 43 – A.Qomes, 13. Muriel, 21. Hatebor, 42. De Roon, 54.
Kalyari – Latsio 0:2
Qol: Lazzari, 4. İmmobile, 74.
Sampdoriya – Benevento 2:3
Qol: Kvalyarella, 8. Kolli, 18 – Kaldirola, 33; 72. Letizia, 88.
İnter – Fiorentina 4:3
Qol: L.Martines, 45+2. Çekkerini, 52-öz qapısına. Lukaku, 87. D`Ambrosio, 89 – Kuame, 3. Kastrovilli, 57. Kyeza, 63.
27 sentyabr
Spetsiya – Sassuolo 1:4
Qol: Qalabinov, 30 – Dyuriçiç, 12. Berardi, 64. Defrel, 66. Kaputo, 76.
Napoli – Cenoa 6:0
Qol: Lozano, 10; 65. Zelinski, 46. Mertens, 57. Elmas, 69. Politano, 72.
Verona – Udineze 1:0
Qol: Favilli, 57.
Krotone – Milan 0:2
Qol: Kessye, 45+2. B.Dias, 50.
Roma – Yuventus 2:2
Qol: Veretu, 31-pen; 45+1 – Ronaldo, 44-pen; 69.