İtaliya A Seriyasının 3-cü turu çərçivəsində bu gün baş tutmalı olan “Yuventus” - “Napoli” matçı keçirilməyib.
Corner.az xəbər verir ki, buna səbəb qonaqların oyuna gəlməməsi olub.
Neapollular hər iki komandanın heyətində koronavirusa yoluxanlar olduğu üçün səfərə yollanmaqdan imtina edib. Baxmayaraq ki, “Yuventus” stadiona yollanaraq start heyətini də açıqlayıb.
Neapol səhiyyə xidməti “Napoli”nin Turinə yollanmasına qadağa qoyub. A Seriyası isə oyunu təxirə salmağa əsas görmədiyini elan edib. Bu səbəbdən də qonaq komandaya texniki məğlubiyyət verilməsi gözlənilir.
Qeyd edək ki, “Yuventus” – “Napoli” matçına Bakı vaxtı ilə saat 22:45-də start verilməli idi.