İtaliya A Seriyasında 3-cü turun oyunları keçirilib.
Corner.az xəbər verir ki, bu gün daha beş qarşılaşma baş tutub.
“Milan” bu turda öz meydanında “Spetsiya”nı sınağa çəkib və 3 cavabsız qolla qələbə qazanıb. Turun maraqla gözlənilən qarşılaşmarından birində “İnter” səfərdə “Latsio”nun qonağı olub. Tərəflər bu oyundan heç-heçə ilə ayrılıblar.
“Benevento” “Bolonya”nı, “Parma” “Verona”nı minimal hesabla məğlub edib. 7 qolun qeydə alındığı “Atalanta” – “Kalyari” maçtında meydan sahibləri darmadağınla qalib gəlib.
İtaliya A Seriyası
3-cü tur
2 oktyabr
Fiorentina – Sampdoriya 1:2
Qol: Vlahoviç, 72 – Kvalyarella, 42. Verre, 83.
3 oktyabr
Sassuolo – Krotone 4:1
Qol: Berardi, 19. Kaputo, 58-pen; 85. Lokatelli, 90+3 – Simi, 49-pen.
Cenoa – Torino matçı təxirə salınıb
Udineze – Roma 0:1
Qol: Pedro, 55.
4 oktyabr
Atalanta – Kalyari 5:2
Qol: Muriel, 7. A.Qomes, 29. Paşaliç, 37. Sapata, 42. Lammers, 81 – Qodin, 24. J.Pedro, 52.
Benevento – Bolonya 1:0
Qol: Lapadula, 66.
Latsio – İnter 1:1
Qol: Milinkoviç-Saviç, 55 – L.Martines, 30.
Parma – Verona 1:0
Qol: Kurtiç, 1.
Milan – Spetsiya 3:0
Qol: Leao, 57; 78. T.Hernandes, 76.
Yuventus – Napoli matçı baş tutmayıb