- İtaliya S.A.
- 21:25 28.01.2026
"Yuventus"un futbolçusu Corco Kyellini koronavirusa yoluxan komanda yoldaşı Kriştiano Ronaldo haqda danışıb.
Corner.az "AS"a istinadən xəbər verir ki, o, portuqaliyalı hücumçunun özünü yaxşı hiss etdiyini deyib: "Ronaldo yaxşıdır, sakitdir, günəş vannası qəbul edir. Sağaldıqdan sonra geri dönəcək".
Qeyd edək ki, Ronaldo koronavirus səbəbindən Portuqaliya millisinin düşərgəsini tərk edib.