5 dekabr 2025. Cümə

Ronaldo'nun testi üçüncü dəfə müsbət çıxdı


Ronaldo'nun testi üçüncü dəfə müsbət çıxdı
"Yuventus”un hücumçusu Kriştiano Ronaldo növbəti dəfə koronavirus testindən keçib.
 
Corner.az xəbər verir ki, portuqaliyalı futbolçudan götürülmüş analizlərin cavabı yenə müsbət çıxıb.
 
Bu barədə İtaliya mətbuatı məlumat yayıb. UEFA Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda "Barselona" ilə matçdan bir gün əvvəl götürülmüş test portuqal futbolçunun hələ də sağalmadığını müəyyənləşdirib. Bu üzdən də 35 yaşlı hücumçu Kataloniya təmsilçisi ilə görüşü buraxmalı olacaq.
 
Qeyd edək ki, oktyabrın 28-də keçiriləcək “Yuventus" - "Barselona" oyununa Bakı vaxtı ilə saat 00:00-da start veriləcək.






İtaliya S.A.

“Kivu ilə daha çox pressinq edirik”
  • İtaliya S.A.
  • 23:59 02.12.2025
“Kivu ilə daha çox pressinq edirik”