5 dekabr 2025. Cümə

Yuventus'dan son 10 ilin ən pis başlanğıcı


Yuventus'dan son 10 ilin ən pis başlanğıcı

“Yuventus” bu mövsüm tarixində son 10 ilin ən pis startını edib.

Corner.az xəbər verir ki, Turin təmsilçisi yeni mövsümün ilk 6 oyununda cəmi 2 qələbə qazanıb. Andrea Pirlonun kollektivi digər matçların 3-də heç-heçəyə razılaşıb, 1-də isə məğlub olub.

Son dəfə  “Yuventus” ən pis başlanğıcını 2010-cu ildə Luici Dernelinin baş məşqçiliyi altında etmişdi. 

Bundan əlavə, Pirlo televizya kanallarından birində komandası mövsümə qeyri-qənaətbəxş start verdiyi üçün tənqidi olaraq “Qızıl Tapir” mükafatını almışdı.

Qeyd edək ki, “Yuventus” A Seriyasının turnir cədvəlində  9 xalla 5-cidir. Sıralamaya aktivində 13 xal olan “Milan” başçılıq edir. “Napoli” 11 xalla 2-ci, eyni xalı olan “Sassuolo” isə 3-cüdür.(qol)







İtaliya S.A.

“Kivu ilə daha çox pressinq edirik”
  • İtaliya S.A.
  • 23:59 02.12.2025
“Kivu ilə daha çox pressinq edirik”