8 may 2026. Cümə

Mən qayıtdım - Kriştiano Ronaldo


Mən qayıtdım - Kriştiano Ronaldo

 "Yuventus"un futbolçusu Kriştiano Ronaldo A Seriyasının VI turunda "Spetsiya" üzərində səfərdə qazandıqları 4:1 hesablı qələbəni şərh edib.

Corner.az xəbər verir ki, portuqaliyalı hücumçu sevdiyi futbol oyununa dublla qayıtdığını vurğulayıb. Onun fikrincə, A Seriyası maraqlı çempionatdır: "Milan" işini əla görür. "Latsio" və "Napoli" kimi komandalar da var. Bizə çoxlu işləmək lazımdır, artırırıq".

35 yaşlı futbolçu karantinə alındığı dövrdə koronavirusa yoluxma simptomlarının olmadığını da diqqətə çatdırıb.

Qeyd edək ki, Kriştiano Ronaldo "Spetsiya" ilə matçda meydana 56-cı dəqiqədə girib. Həmin vaxt hesab 1:1 olub. Ronaldo cəmi 3 dəqiqə sonra komandasını önə çıxarıb, 76-cı dəqiqədə isə dəqiq penalti zərbəsi ilə son nöqtəni qoyub.(report)







İtaliya S.A.

De Bruyne “Napoli”də qalır
  • İtaliya S.A.
  • 21:55 06.05.2026
De Bruyne “Napoli”də qalır
“Uğur üçün balans vacibdir”
  • İtaliya S.A.
  • 23:48 04.05.2026
“Uğur üçün balans vacibdir”
“Latsio”dan inamlı qələbə
  • İtaliya S.A.
  • 22:41 04.05.2026
“Latsio”dan inamlı qələbə