29 yanvar 2026. Cümə axşamı

Milan və Yuventus'dan qələbə, Napoli uduzdu


Milan və Yuventus'dan qələbə, Napoli uduzdu
İtaliya A Seriyasında 6-cı turun oyunları keçirilir.
 
Corner.az xəbər verir ki, turun əksər qarşılaşmaları bazar gününə təsadüf edib.
 
Lider “Milan” bu tur səfərdə “Udineze”nin qonağı olub və çətin qələbə qazanıb. Son çempion “Yuventus” “Spetsiya” ilə səfər oyununda darmadağınla qalib gəlibsə, “Napoli” “Sassuolo” ilə qarşılaşmada məğlub olub.
 
“Sampdoriya” – “Cenoa” matçında qalib müəyyənləşməyib. “Roma” öz meydanında “Fiorentina”nı məğlub edibsə, paytaxtın digər təmsilçisi “Latsio” səfərdə “Torino”ya qalib gəlib.
 
İtaliya A Seriyası
6-cı tur
31 oktyabr
 
Krotone – Atalanta 1:2
Qol: Simi, 40 – Muriel, 26; 38.
 
İnter – Parma 2:2
Qol: Brozoviç, 64. Perişiç, 90+2 – Jervinyo, 46; 62.
 
Bolonya – Kalyari 3:2
Qol: Barrou, 45; 56. Soriano, 52 – J.Pedro, 15. Simeone, 47.
 
1 noyabr
 
Udineze – Milan 1:2
Qol: De Paul, 48-pen – Kessye, 18. İbrahimoviç, 83.
 
Spetsiya – Yuventus 1:4
Qol: Pobeqa, 32 – Morata, 14. Ronaldo, 59; 76-pen. Rabyo, 67.
 
Torino – Latsio 3:4
Qol: Bremer, 19. Belotti, 24. Lukiç, 87 – A.Pereyra, 15. Milinkoviç-Saviç, 49. İmmobile, 90+5-pen. Kaysedo, 90+8.
 
Roma – Fiorentina 2:0
Qol: Spinatsola, 12. Pedro, 70.
 
Napoli – Sassuolo 0:2
Qol: Lokatelli, 59-pen. M.Lopes, 90+5.
 
Sampdoriya – Cenoa 1:1
Qol: Yankto, 23 – Skamakka, 28.






İtaliya S.A.

“Pulişiç üçün MLS hələ tezdir”
  • İtaliya S.A.
  • 10:56 27.01.2026
“Pulişiç üçün MLS hələ tezdir”