8 may 2026. Cümə

Yuventus və İnter səfərdə, Milan evdə xal itirdi


Yuventus və İnter səfərdə, Milan evdə xal itirdi
İtaliya A Seriyasında 7-ci turun oyunlarına yekun vurulub.
 
Corner.az xəbər verir ki, sonuncu oyun günündə altı qarşılaşma baş tutub.

Lider “Milan” bu turda öz meydanında “Verona”nı qəbul edib və xal itirib.
 
Turun mərkəzi görüşü paytaxt Romada keçirilib. Son çempion “Yuventus” səfərdə “Latsio”nun qonağı olub. “Atalanta” isə doğma meydanda “İnter”lə üz-üzə gəlub. Bu oyunlarda tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər. “Torino” – “Krotone” matçında da qalib müəyyənləşməyib.
 
“Napoli” “Bolonya” səfərindən minimal hesabla qələbə qazanıbsa, “Roma” “Cenoa” ilə görüşdə qalib gəlib.
 
İtaliya A Seriyası
7-ci tur
6 noyabr
 
Sassuolo – Udineze 0:0
 
7 noyabr
 
Kalyari – Sampdoriya 2:0
Qol: J.Pedro, 48-pen. Nandes, 69.
 
Benevento – Spetsiya 0:3
Qol: Pobeqa, 29. Nzola, 65; 70.
 
Parma – Fiorentina 0:0
 
8 noyabr
 
Latsio – Yuventus 1:1
Qol: Kaysedo, 90+5 – Ronaldo, 15.
 
Atalanta – İnter 1:1
Qol: Mirançuk, 79 – L.Martines, 58.
 
Cenoa – Roma 1:3
Qol: Pyatsa, 50 – Mxitaryan, 45+2; 66; 85.
 
Torino – Krotone 0:0
 
Bolonya – Napoli 0:1
Qol: Osimhen, 23.
 
Milan – Verona 2:2
Qol: Maqnani, 27-öz qapısına. Kalabria, 90 – Barak, 6. Kalabria, 19-öz qapısına






İtaliya S.A.

De Bruyne “Napoli”də qalır
  • İtaliya S.A.
  • 21:55 06.05.2026
De Bruyne “Napoli”də qalır
“Uğur üçün balans vacibdir”
  • İtaliya S.A.
  • 23:48 04.05.2026
“Uğur üçün balans vacibdir”
“Latsio”dan inamlı qələbə
  • İtaliya S.A.
  • 22:41 04.05.2026
“Latsio”dan inamlı qələbə