- İtaliya S.A.
- 23:28 23.11.2024
"Yuventus"un futbolçusu Kriştiano Ronaldo Turin klubundan ayrılmaq niyyətində deyil.
Corner.az "AS"a istinadən xəbər verir ki, portuqaliyalı hücumçu ən azı müqaviləsinin müddətinin başa çatacağı 2022-ci ilin iyununa kimi A seriyası təmsilçisində qalmaq istəyir. 35 yaşlı futbolçunun klubunun onu satmasının mümkünlüyü ilə bağlı heç nə bilmədiyi vurğulanıb. Ronaldonun "Yuventus"da rahat olduğu, ailəsinin İtaliyada yaxşı işlər gördüyü bildirilib.
Qeyd edək ki, "Mançester Yunayted"in Kriştianonu almaq istədiyi iddia olunur.