30 sentyabr 2026. Çərşənbə

Osimhen Milan'la oyunu buraxacaq


Osimhen Milan'la oyunu buraxacaq

"Napoli”nin futbolçusu Viktor Osimhen zədələnib.

Corner.az “Sky Sport”a istinadən xəbər verir ki, 21 yaşlı hücumçunun çiyini çıxıb.

Nigeriyalı futbolçu bu səbəbdən A seriyasının 8-ci turunda “Milan”la matçda komandasına kömək edə bilməyəcək.

Qeyd edək ki, 22 noyabr “San Paolo” stadionunda keçiriləcək “Napoli” – “Milan” görüşü Bakı vaxtı ilə 23:45-də başlayacaq.







İtaliya S.A.