30 iyun 2026. Çərşənbə axşamı

İnter evdə, Milan səfərdə qələbə qazandı


İnter evdə, Milan səfərdə qələbə qazandı
 İtaliya A Seriyasında 8-ci turun oyunlarına yekun vurulub.
 
Corner.az xəbər verir ki, turun əksər qarşılaşmaları bazar gününə təsadüf edib.
 
“İnter” bu tur çərçivəsində öz meydanında “Torino”nu qəbul edib və inamlı qələbə qazanıb. “Roma” “Parma”nı, “Udineze” isə “Cenoa”nı məğlub edib.
 
“Fiorentina” evdə “Benevento”ya, “Sampdoriya” “Bolonya”ya, “Verona” isə “Sassuolo”ya uduzub.
 
Turun mərkəzi görüşü Neapolda baş tutub. Lider “Milan” səfərdə “Napoli”nin qonağı olub və inamlı qələbə qazanıb.
 
İtaliya A Seriyası
8-ci tur
21 noyabr
 
Krotone – Latsio 0:2
Qol: İmmobile, 21. Korrea, 58.
 
Spetsiya – Atalanta 0:0
 
Yuventus – Kalyari 2:0
Qol: Ronaldo, 38; 42.
 
22 noyabr
 
Fiorentina – Benevento 0:1
Qol: İmprota, 52.
 
Roma – Parma 3:0
Qol: Mayoral, 28. Mxitaryan, 32; 40.
 
İnter – Torino 4:2
Qol: A.Sançes, 64. Lukaku, 67; 84-pen. L.Martines, 90 – Zaza, 45+2. Ansaldi, 62-pen.
 
Sampdoriya – Bolonya 1:2
Qol: Torsbi, 7 – Recini, 44-öz qapısına. Orsolini, 52.
 
Verona – Sassuolo 0:2
Qol: Boqa, 42. Berardi, 76.
 
Udineze – Cenoa 1:0
Qol: De Paul, 34.
 
Napoli – Milan 1:3
Qol: Mertens, 63 – İbrahimoviç, 20; 54. Hauqe, 90+5.






İtaliya S.A.

"Yuventus"dan Kolo-Muani açıqlaması
  • İtaliya S.A.
  • 22:36 29.06.2026
"Yuventus"dan Kolo-Muani açıqlaması
Serxi Roberto "Komo"dan ayrıldı
  • İtaliya S.A.
  • 22:24 18.06.2026
Serxi Roberto "Komo"dan ayrıldı