30 iyun 2026. Çərşənbə axşamı

İbrahimoviç'dən yeni rekord


İbrahimoviç'dən yeni rekord

"Milan"ın hücumçusu Zlatan İbrahimoviç A seriyasının 8 matçında ardıcıl qol vuran ilk futbolçu olub.

Corner.az xəbər verir ki, İbrahimoviç A seriyasının növbəti turunun matçında "Napoli" ilə oyunun 20-ci dəqiqəsində fərqlənib. 39 yaşlı hücumçu cinah ötürməsindən sonra topu rəqib qapısının uzaq küncünə göndərib.

Bununla da İbrahimoviç A seriyasının səkkiz matçında ardıcıl qol vurub. O, "Milan" tarixində buna nail olan ilk futbolçu olub. İsveçli futbolçu 54-cü dəqiqədə komandasının növbəti qoluna imza atıb.

Qeyd edək ki, qarşılaşma "Milan"ın 3:1 hesablı qələbəsi ilə başa çatıb.







İtaliya S.A.

"Yuventus"dan Kolo-Muani açıqlaması
  • İtaliya S.A.
  • 22:36 29.06.2026
"Yuventus"dan Kolo-Muani açıqlaması
Serxi Roberto "Komo"dan ayrıldı
  • İtaliya S.A.
  • 22:24 18.06.2026
Serxi Roberto "Komo"dan ayrıldı