6 dekabr 2025. Şənbə

Maradona qeyri-adi insan olduğu üçün heç vaxt ölməz


Maradona qeyri-adi insan olduğu üçün heç vaxt ölməz

“Maradona bu şəhərin qürurudur. Neapol dünyanın ən yaxşı futbolçusunu gördü”.

Corner.az xəbər verir ki, bunu “Napoli”nin baş məşqçisi Cennaro Qattuzo söyləyib.

Əfsanəvi argentinalı futbolçu Dieqo Maradonanın ölümünə münasibət bildirən 42 yaşlı mütəxəssis onunla bağlı xatirəsini bölüşüb.

“Onu görənlər, tanıyanların çoxu uşaqlarına Dieqo adı qoyur. Maradona bağlı çox gözəl xatirələrim var. Bir neçə dəfə onunla bir yerdə yemək fürsəti tapdım. Qeyri-adi insan olduğu üçün heç vaxt ölməz. Qeyri-adi şeylər etdi. Bəli, həyatda da bir neçə səhvə yol verdi, amma yenə də əbədi yaşayacaq. Hazırda Neapol sakinləri fərqli hava ilə nəfəs alırlar. Böyük itkidir. Dieqo əfsanədi, başqa planetdən gəldi” – deyə çalışdırıcı bildirib.







İtaliya S.A.

“Kivu ilə daha çox pressinq edirik”
  • İtaliya S.A.
  • 23:59 02.12.2025
“Kivu ilə daha çox pressinq edirik”