İtaliya A Seriyasında 11-ci turun oyunlarına yekun vurulub.
Corner.az xəbər verir ki, turun əksər qarşılaşmaları sonuncu oyun gününə təsadüf edib.
Çempionlar Liqasında mübarizəni dayandıran “İnter” bu tur çərçivəsində “Kalyari” səfərinə yollanıb və inamlı qələbə qazanıb. “Yuventus” da “Cenoa” ilə səfər matçında qalib gəlib. Lider “Milan” isə öz meydanında “Parma” ilə qarşılaşmada xal itirib.
“Napoli” “Sampdoriya”nı, “Atalanta” “Fiorentina”nı məğlub edibsə, “Roma” səfərdə “Bolonya”ya darmadağınla qalib gəlib.
İtaliya A Seriyası
11-ci tur
11 dekabr
Sassuolo – Benevento 1:0
Qol: Berardi, 8-pen.
12 dekabr
Krotone – Spetsiya 4:1
Qol: Messias, 7; 90+6. Reka, 49. Eduardo, 56 – Farias, 18.
Torino – Udineze 2:3
Qol: Belotti, 66. Bonatsoli, 67 – Pussetto, 24. De Paul, 54. Nestorovski, 69.
Latsio – Verona 1:2
Qol: Kaysedo, 56 – Lazzari, 45-öz qapısına. Tameze, 67.
13 dekabr
Kalyari – İnter 1:3
Qol: Sottil, 42 – Barella, 77. D`Ambrosio, 84. Lukaku, 90+4.
Napoli – Sampdoriya 2:1
Qol: Lozano, 53. Petanya, 68 – Yankto, 20.
Bolonya – Roma 1:5
Qol: Kristante, 24-öz qapısına – Poli, 5-öz qapısına. Dzeko, 10. Pelleqrini, 15. Veretu, 35. Mxitaryan, 44.
Atalanta – Fiorentina 3:0
Qol: Qosens, 44. Malinovski, 55. Toloy, 63.
Cenoa – Yuventus 1:3
Qol: Sturaro, 61 – Dibala, 57. Ronaldo, 78-pen; 89-pen.
Milan – Parma 2:2
Qol: T.Hernandes, 58; 90+1 – Hernani, 13. Kurtiç, 56.