6 dekabr 2025. Şənbə

Milan'a 2-ci dəfə gələn hər kəs ...


Milan'a 2-ci dəfə gələn hər kəs ...

"Milan”ın futbolçusu Zlatan İbrahimoviç  kluba qayıtmasından danışıb.

Corner.az “Football İtalia”ya istinadən xəbər verir ki, 39 yaşlı hücumçu açıqlamasında bunları deyib: 

“39 yaşımda özümü yaxşı hiss etmək üçün daha çox şey etməli olduğumu başa düşürdüm. “Milan”ın çıxışı də mənim həqiqi problemim idi. Komanda zirvədə deyildi.

Uğurlu çıxış edəcəyimə ümid edirdim.  “Milan”a 2-ci dəfə gələn hər kəs ilk dəfəki kimi müvəffəqiyyətli ola bilmədi. Bu, mənim problemim idi. Amma özümə dedim: “Zlatan İbrahimoviç olacağam və hər şeyi dəyişdirəcəyəm”.

Qeyd edək ki, İbrahimoviç bu mövsüm A Seriyasının 6 matçında 10 qol vurub və 1 qolun ötürməsini verib.(qol)







İtaliya S.A.

“Kivu ilə daha çox pressinq edirik”
  • İtaliya S.A.
  • 23:59 02.12.2025
“Kivu ilə daha çox pressinq edirik”