6 dekabr 2025. Şənbə

Mənə Kriştiano ləngdir demələrini istəmirəm


Mənə Kriştiano ləngdir demələrini istəmirəm

"Yuventus”un futbolçusu Kriştiano Ronaldo fitness və idman haqqında fikirlərini bölüşüb.

Corner.az “Goal.com”a istinadən xəbər verir ki, 35 yaşlı hücumçu formasını itirməmək üçün daha çox məşq etdiyini deyib:

“33 yaşda olanda artıq sürətinizi itirdiyinizi düşünməyə başlayırsınız. Mən idmanda, futbolda qalmaq istəyirəm. İnsanların mənə baxıb, “Kriştiano inanılmaz bir futbolçu idi, amma indi ləngdir” deməsini istəmirəm.

Bədəninizdə çox şeyi dəyişə bilərsiniz. Amma problem bu, deyil. Hər şey düşüncədən, motivasiyadan və təcrübədən asılıdır. Mənim fikrimcə, bunlar ən çətinlərdir.

İdmanda yetkinliyə çatmaq olar. Tennisdə Rocer Federerə baxın. 37-38 yaşı var. O, hələ də karyerasının zirvəsindədir”.







İtaliya S.A.

“Kivu ilə daha çox pressinq edirik”
  • İtaliya S.A.
  • 23:59 02.12.2025
“Kivu ilə daha çox pressinq edirik”