6 dekabr 2025. Şənbə

Yuventus və Milan'dan xal itkisi, İnter Napoli'ni məğlub etdi


Yuventus və Milan'dan xal itkisi, İnter Napoli'ni məğlub etdi
İtaliya A Seriyasında 12-ci turun oyunları keçirilir.
 
Corner.az xəbər verir ki, turun əksər qarşılaşmaları bu gün baş tutub.
 
Lider “Milan” səfərdə “Cenoa”nın qonağı olub və xal itirib. “Yuventus” da öz meydanında “Atalanta” ilə oyundan xal itkisi ilə ayrılıb.
 
Turun mərkəzi görüşü Milanda keçirilib. Turnir cədvəlinin 2-ci pilləsində qərarlaşan “İnter” öz meydanında ən yaxın izləyicisi “Napoli”ni qəbul edib. Meydan sahibləri bu oyunda minimal hesabla qələbə qazanıb.
 
“Parma” – “Kalyari”, “Spetsiya” – “Bolonya” və “Fiorentina” – “Sassuolo” oyunlarında qalib müəyyənləşməyib. “Verona” isə evdə “Sampdoriya”ya məğlub olub.
 
İtaliya A Seriyası
12-ci tur
15 dekabr
 
Udineze – Krotone 0:0
 
Benevento – Latsio 1:1
Qol: Şyattarella, 45 – İmmobile, 25.
 
16 dekabr
 
Yuventus – Atalanta 1:1
Qol: Kyeza, 29 – Freuler, 57.
 
Verona – Sampdoriya 1:2
Qol: Zakkayni, 70-pen – Ekdal, 41. Verre, 54.
 
Spetsiya – Bolonya 2:2
Qol: Nzola, 19; 63 – Dominqes, 72. Barrou, 90+2.
 
Parma – Kalyari 0:0
 
İnter – Napoli 1:0
Qol: Lukaku, 71-pen.
 
Cenoa – Milan 2:2
Qol: Destro, 47; 60 – Kalabria, 52. Kyatenqva, 83.
 
Fiorentina – Sassuolo 1:1
Qol: Vlahoviç, 35-pen – Traore, 13.
 






İtaliya S.A.

“Kivu ilə daha çox pressinq edirik”
  • İtaliya S.A.
  • 23:59 02.12.2025
“Kivu ilə daha çox pressinq edirik”