29 yanvar 2026. Cümə axşamı

Milan'dan A Seriyasında yeni rekord


Milan'dan A Seriyasında yeni rekord
“Milan” İtaliya A Seriyasında ardıcıl 14 oyunda 2 və daha çox qol vurmaqla rekorda imza atıb.
 
Corner.az xəbər verir ki, son olaraq ötən gün “Cenoa” ilə səfər oyununda meydanı 2:2 hesablı heç-heçə ilə tərk edən "qırmızı-qaralar" “Torino”ya məxsus rekordu qırıb.
 
“Torino” ardıcıl 13 çempionat matçında meydanı ikidən az qolla tərk etməmişdi. “Milan” isə belə oyunlar seriyasını 14-ə çatdırıb. Bu mövsüm 12 oyunda 2 və daha çox qol vuran komanda, ötən mövsümün son iki matçında da oxşar uğura imza atmışdı.
 
Qeyd edək ki, “Milan” bu mövsüm keçirdiyi 12 oyunda 8 qələbə və 4 heç-heçə sayəsində topladığı 28 xalla çempionatın lideridir.






İtaliya S.A.

“Pulişiç üçün MLS hələ tezdir”
  • İtaliya S.A.
  • 10:56 27.01.2026
“Pulişiç üçün MLS hələ tezdir”