6 dekabr 2025. Şənbə

Yuventus'dan darmadağın


Yuventus'dan darmadağın
İtaliya A Seriyasında 13-cü turun oyunlarına start verilib.
 
Corner.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma keçirilib.
 
Turun açılış matçında “Fiorentina” öz meydanında “Verona”nı qəbul edib. Bu görüşdə qalib müəyyənləşməyib. “Sampdoriya” “Krotone” ilə ev oyununda inamlı qələbə qazanıb.
 
“Yuventus” isə səfərdə “Parma”nın qonağı olub. Turin təmsilçisi 4 cavabsız qolla qalib gəlib.
 
İtaliya A Seriyası
13-cü tur
19 dekabr
 
Fiorentina – Verona 1:1
Qol: Vlahoviç, 19-pen – Veloso, 8-pen.
 
Sampdoriya – Krotone 3:1
Qol: Damsqaard, 26. Yankto, 36. Kvalyarella, 65 – Simi, 45+1-pen.
 
Parma – Yuventus 0:4
Qol: Kuluşevski, 23. Ronaldo, 26; 48. Morata, 86.
 






İtaliya S.A.

“Kivu ilə daha çox pressinq edirik”
  • İtaliya S.A.
  • 23:59 02.12.2025
“Kivu ilə daha çox pressinq edirik”