8 may 2026. Cümə

Qorxmayın, ölmürəm - Qattuzo


Qorxmayın, ölmürəm  - Qattuzo

"Napoli"nin baş məşqçisi Cennaro Qattuzo İtaliya A seriyasının 14-cü turunda "Torino" ilə matça (1:1) sağ gözündəki sarğı ilə çıxmasının səbəbi haqda danışıb.

Corner.az İtaliya mətbuatına istinadən xəbər verir ki, o, gözündə miasteniya qravisin okuler (autoimmun mənşəli, sinir-əzələ keçiriciliyinin pozunluğu nəticəsində eninəzolaqlı əzələlərin süstlüyü ilə xarakterizə olunan xəstəlikdir - red) olduğunu deyib:

"Gözümdə mieasteniya var. Buna görə 10 ildir əziyyət çəkirəm. Üçüncü dəfə bu xəstəlik şiddətləndi. Bu dəfə daha güclü oldu, amma hər şey keçdi, gözüm düzəlir. Hər şeyi iki görürəm. Ayaqüstə dayanmaq çətindir, ancaq mənim kimi çılğın insanlar bunun öhdəsindən gələ bilər.

Oyunçularımın məni görəndə üzüldüyünü bilirəm. Öləcəyimi oxudum. 1 aylıq ömrümün qaldığını yazmışdılar. Qorxmayın, ölmürəm. Yaşayıram" .

Cennaro Qattuzo uşaqlara da mesaj göndərib: "Güzgüdə yaxşı görünməyən uşaqlar üçün bir mesajım var. Həyat gözəldir və bundan gizlənmədən özünüzlə üzləşməlisiniz. Qorxmayın, həyat çox gözəldir və yaşamağa dəyər. Gözüm yaxşılaşacaq və hər zamankından daha yaraşıqlı qayıdacağam".(qol)







İtaliya S.A.

De Bruyne “Napoli”də qalır
  • İtaliya S.A.
  • 21:55 06.05.2026
De Bruyne “Napoli”də qalır
“Uğur üçün balans vacibdir”
  • İtaliya S.A.
  • 23:48 04.05.2026
“Uğur üçün balans vacibdir”
“Latsio”dan inamlı qələbə
  • İtaliya S.A.
  • 22:41 04.05.2026
“Latsio”dan inamlı qələbə