4 may 2026. Bazar ertəsi

Milan səfərdə, Yuventus evdə qələbə qazandı


Milan səfərdə, Yuventus evdə qələbə qazandı
İtaliya A Seriyasında 15-ci turun oyunları keçirilib.
 
Corner.az xəbər verir ki, açılış matçında “İnter” öz meydanında autsayder “Krotone”ni qəbul edib və darmadağınla qalib gəlib. “Roma” “Sampdoriya”nı, “Napoli” isə “Kalyari”ni məğlub edib.
 
Lider “Milan” bu tur çərçivəsində səfərdə “Benevento”nun qonağı olub və inamlı qələbə qazanaraq mövqeyini qoruyub. “Yuventus” isə öz meydanında “Udineze”ni sınağa çəkib. Turin təmsilçisi darmadağınla qələbə qazanıb.
 
İtaliya A Seriyası
15-ci tur
3 yanvar
 
İnter – Krotone 6:2
Qol: L.Martines, 20; 57; 78. Marrone, 31-öz qapısına. Lukaku, 64. Hakimi, 87 – Zanellato, 12. Qolemiç, 36-pen.
 
Parma – Torino 0:3
Qol: Sinqo, 8. İzzo, 88. Qoyak, 90+5.
 
Spetsiya – Verona 0:1
Qol: Zakkayni, 75.
 
Cenoa – Latsio 1:1
Qol: Destro, 58 – İmmobile, 15-pen.
 
Fiorentina – Bolonya 0:0
 
Kalyari – Napoli 1:4
Qol: J.Pedro, 60 – Zelinski, 25; 62. Lozano, 74. İnsinye, 86-pen.
 
Atalanta – Sassuolo 5:1
Qol: Sapata, 11; 49. Pessina, 45. Qosens, 57. Muriel, 68 – Kirikeş, 75.
 
Roma – Sampdoriya 1:0
Qol: Dzeko, 72.
 
Benevento – Milan 0:2
Qol: Kessye, 15-pen. Leao, 49.
 
Yuventus – Udineze 4:1
Qol: Ronaldo, 31; 70. Kyeza, 49. Dibala, 90+3 – Zegelar, 90. 






İtaliya S.A.

“Yuventus” evdə xal itirdi
  • İtaliya S.A.
  • 22:16 03.05.2026
“Yuventus” evdə xal itirdi
“Napoli” səfərdə xal itirdi
  • İtaliya S.A.
  • 23:40 02.05.2026
“Napoli” səfərdə xal itirdi