15 may 2026. Cümə

İnter uduzdu, Yuventus Milan'ı məğlub etdi


İnter uduzdu, Yuventus Milan'ı məğlub etdi
İtaliya A Seriyasında 16-cı turun oyunları keçirilib.
 
Corner.az xəbər verir ki, turun bütün görüşləri eyni gündə baş tutub.
 
Açılış matçında “Kalyari” öz meydanında “Benevento” ilə üz-üzə gəlib. Üç qolun qeydə alındığı matçda qonaqlar qələbə qazanıb.
 
Turnir cədvəlinin 2-ci pilləsində qərarlaşan “İnter” bu tur çərçivəsində səfərdə “Sampdoriya”nın qonağı olub və məğlubiyyətlə üzləşib. “Napoli” isə “Spetsiya” ilə ev oyunundan məğlub ayrılıb. “Roma” “Krotone”ni sınağa çəkib və qalib gəlib.
 
Turun mərkəzi görüşündə lider “Milan” öz meydanında son çempion “Yuventus”u qəbul edib. Turin təmsilçisi bu oyundan inamlı qələbə qazanıb.
 
İtaliya A Seriyası
16-cı tur
6 yanvar
 
Kalyari – Benevento 1:2
Qol: J.Pedro, 20 – Sau, 41. Tuia, 44.
 
Atalanta – Parma 3:0
Qol: Muriel, 15. Sapata, 49. Qosens, 61.
 
Bolonya – Udineze 2:2
Qol: Tomiyasu, 19. Svanberq, 40 – Pereyra, 34. T.Arslan, 90+2.
 
Krotone – Roma 1:3
Qol: Qolemiç, 71 – Mayoral, 8; 29. Mxitaryan, 35-pen.
 
Latsio – Fiorentina 2:1
Qol: Kaysedo, 6. İmmobile, 75 – Vlahoviç, 88-pen.
 
Sampdoriya – İnter 2:1
Qol: Kandreva, 23-pen. Keyta, 38 – De Vrey, 65.
 
Sassuolo – Cenoa 2:1
Qol: Boqa, 52. Raspadori, 83 – Şomurodov, 64.
 
Torino – Verona 1:1
Qol: Bremer, 84 – Dimarko, 67.
 
Napoli – Spetsiya 1:2
Qol: Petanya, 58 – Nzola, 68-pen. Pobeqa, 82.
 
Milan – Yuventus 1:3
Qol: Kalabria, 41 – Kyeza, 18; 62. Makkenni, 76.






İtaliya S.A.

Antonio Konte “Napoli”də qala bilər
  • İtaliya S.A.
  • 23:43 14.05.2026
Antonio Konte “Napoli”də qala bilər
“Fabreqas uğur qazanmağı bacardı”
  • İtaliya S.A.
  • 21:27 14.05.2026
“Fabreqas uğur qazanmağı bacardı”
 “Kremoneze” evdə qələbə qazandı
  • İtaliya S.A.
  • 21:23 10.05.2026
“Kremoneze” evdə qələbə qazandı
“Fiorentina” evdə xal itirdi
  • İtaliya S.A.
  • 21:15 10.05.2026
“Fiorentina” evdə xal itirdi