30 sentyabr 2026. Çərşənbə

İbrahimoviç məşqlərə başladı


İbrahimoviç məşqlərə başladı

 "Milan"ın futbolçusu Zlatan İbrahimoviç məşqlərə qoşulub.

Corner.az-ın "Sky Italia"ya istinadən məlumatına görə, isveçli hücumçu 1,5 aylıq fasilədən sonra sıraya dönüb.

39 yaşlı futbolçu əvvəlcə 2020-ci il noyabrın 22-də "Napoli"yə 3:1 hesabı ilə qalib gəldikləri A Seriyasının oyununda baldır əzələlərini dartıb. O, meydanlara qayıdış ərəfəsində isə əzələsindən daha bir xəsarət alıb.

Qeyd edək ki, Zlatan İbrahimoviç fərdi proqramla hazırlaşıb







İtaliya S.A.