İtaliya Super Kubokunun qalibi müəyyənləşib.
Corner.az xəbər verir ki, İtaliya çempionu “Yuventus” ölkə kubokunun qalibi “Napoli” ilə üz-üzə gəlib.
Turin təmsilçisi bu oyunda iki cavabsız qolla qələbə qazanaraq, tarixində 9-cu dəfə Super Kubokun sahibi olub.
Bu oyun “Yuventus”un hücumçusu Kriştiano Ronaldo üçün də əlamətdar olub. 35 yaşlı futbolçu bu görüşdə hesablı açmaqla futbol tarixinin ən çox qol vuran oyunçusuna çevrilib. Portuqaliyalı hücumçu karyerası ərzində vurduğu qolların sayını 760-a yüksəldib. Bununla da o, çex hücumçu Josef Biçanın bu göstəricidəki rekordunu (759 qol) geridə qoyub. Ronaldo Portuqaliya millisi, "Sportinq" (Lissabon), "Mançester Yunayted", "Real" və "Yuventus"da ümumilikdə 1036 matç keçirib.
İtaliya Super Kuboku
20 yanvar
Yuventus – Napoli 2:0
Qol: Ronaldo, 64. Morata, 90+5.