17 mart 2026. Çərşənbə axşamı

Yuventus'dan qələbə, Napoli uduzdu


Yuventus'dan qələbə, Napoli uduzdu
 İtaliya A Seriyasında 19-cu turun oyunlarına yekun vurulub.
 
Corner.az xəbər verir ki, sonuncu oyun günündə beş görüş baş tutub.
 
“Napoli” səfərdə “Verona”nın qonağı olub və məğlubiyyətlə üzləşib. “Yuventus” isə bu turda öz meydanında “Bolonya”nı qəbul edib. Turin təmsilçisi inamlı qələbə qazanıb. 
 
“Cenoa” “Kalyari”ni, “Latsio” isə “Sassuolo”nu məğlub edib. Səfərdə “Parma”nın qonağı olan “Sampdoriya” da inamlı qələbə qazanıb.
 
İtaliya A Seriyası
19-cu tur
22 yanvar
 
Benevento – Torino 2:2
Qol: Viola, 31-pen. Lapadula, 49 – Zaza, 51; 90+3.
 
23 yanvar
 
Roma – Spetsiya 4:3
Qol: Mayoral, 17; 52. Karsdrop, 55. Pelleqrini, 90+2 – Pikkoli, 24. Farias, 59.
 
Milan – Atalanta 0:3
Qol: Romero, 26. İliçiç, 53-pen. Sapata, 77.
 
Udineze – İnter 0:0
 
Fiorentina – Krotone 2:1
Qol: Bonaventura, 20. Vlahoviç, 32 – Simi, 66.
 
24 yanvar
 
Yuventus – Bolonya 2:0
Qol: Artur, 15. Makkenni, 71.
 
Cenoa – Kalyari 1:0
Qol: Destro, 10.
 
Verona – Napoli 3:1
Qol: Dimarko, 34. Barak, 62. Zakkayni, 79 – Lozano, 1.
 
Latsio – Sassuolo 2:1
Qol: Milinkoviç-Saviç, 25. İmmobile, 71 – Kaputo, 6.
 
Parma – Sampdoriya 0:2






İtaliya S.A.

"Roma" səfərdə "Komo"ya uduzdu
  • İtaliya S.A.
  • 23:11 15.03.2026
"Roma" səfərdə "Komo"ya uduzdu
 "Napoli"dən çətin qələbə
  • İtaliya S.A.
  • 23:07 14.03.2026
"Napoli"dən çətin qələbə