23 oktyabr 2024. Çərşənbə

Bir az da əsəbiləşsəm, Küveytə gedəcəyəm


Bir az da əsəbiləşsəm, Küveytə gedəcəyəm
“Klub mənə etimad göstərirmi? Kiminsə mənə güvənməsinə ehtiyacım yoxdur”.

Corner.az xəbər verir ki, bu sözləri “Napoli”nin baş məşqçisi Cennaro Qattuzo İtaliya kubokunun 1/4 finalında “Spetsiya”ya qalib gəldikləri oyundan sonra mətbuat konfransında deyib.

Jurnalistin 43 yaşlı mütəxəssisə istefaya göndərilmə ehtimalı ilə bağlı sualı onu özündən çıxarıb.  Qattuzo “Napoli”də çox işlər gördüyünü və komandadan getmək fikrində olmadığını bildirib:

“İstefa ilə bağlı suallar məni əsəbiləşdirir. Çünki həmkarlarıma eyni münasibət göstərilmir. Klub prezidenti komanda ilə danışdı və mənə güvəndiklərini dedi. Halbuki buna gərək də yox idi.

Bəli, “Milan”dan istefa verdim, çünki orada işləyə biləcəyimə inanmırdım. Amma “Napoli”dən getmirəm, işimi görürəm. Dörd ildir burada çalışıram və İtaliya kubokunda 4-cü dəfə yarımfinaldayıq. “İnter”in Romelu Lukaku və Lautaro Martinez olmadan bir ay ərzində necə çıxış edəcəyini görmək istərdim .

Heç kim mənə havayı nəsə verməyib. Buna görə də depressiyaya düşmürəm. “Napoli” ilə qalib gəlmək çətindir. Bir az da əsəbiləşsəm, Küveytə və ya buna bənzər bir ölkədə işləməyə gedəcəyəm. Əlbətdə ki, bütün bunların mənim işimin bir hissəsi olduğunu başa düşürəm. Amma son vaxtlar baş verənlər həddən artıqdır”.

Qeyd edək ki, italiyalı mütəxəssis 2019-cu ildən “Napoli”də çalışır. Onun komandası hazırda A seriyasında 34 xalla 6-cı pillədə qərarlaşıb.





İtaliya S.A.

"Yuventus" Perin ilə müqaviləni uzadıb
  • İtaliya S.A.
  • 17:09 23.10.2024
"Yuventus" Perin ilə müqaviləni uzadıb
"Napoli"dən Kvaratsxeliya açıqlaması
  • İtaliya S.A.
  • 17:38 21.10.2024
"Napoli"dən Kvaratsxeliya açıqlaması
"Çətin matç oldu" - Konte
  • İtaliya S.A.
  • 16:40 21.10.2024
"Çətin matç oldu" - Konte
"İnter" səfərdə "Roma"ya qalib gəldi
  • İtaliya S.A.
  • 01:00 21.10.2024
"İnter" səfərdə "Roma"ya qalib gəldi
Çalhanoğlu sıradan çıxdı
  • İtaliya S.A.
  • 23:05 20.10.2024
Çalhanoğlu sıradan çıxdı
"Milan"da oynamaq çox xoşdur"
  • İtaliya S.A.
  • 10:44 18.10.2024
"Milan"da oynamaq çox xoşdur"