29 yanvar 2026. Cümə axşamı

İbrahimoviç və Lukaku diskvalifikasiya olundu


İbrahimoviç və Lukaku diskvalifikasiya olundu

"Milan"ın futbolçusu Zlatan İbrahimoviç və "İnter" hücumçusu Romelu Lukaku bir oyunluq cəza alıb.

Corner.az xəbər verir ki, buna oyunçuların ölkə kubokunun 1/4 final mərhələsindəki görüş zamanı mübahisə etməsi və bir-birinin ünvanına təhqiramiz ifadələr işlətməsi səbəb olub.

Federal prokuror insidentdə mümkün irqi ayrı-seçkilik məsələsinin araşdırılmasını tələb edərsə, oyunçuların cəza müddəti uzadıla bilər.

Diskvalifikasiya qərarı yalnız kubok matçlarına şamil olunur. Belədə, belçikalı forvard yarımfinalda "Yuventus"la oyunu buraxmalı olacaq.

Qeyd edək ki, 1/4 finalda "Milan"a 2:1 hesabı ilə qalib gələn "İnter" adını növbəti mərhələyə adlayıb.







İtaliya S.A.

“Pulişiç üçün MLS hələ tezdir”
  • İtaliya S.A.
  • 10:56 27.01.2026
“Pulişiç üçün MLS hələ tezdir”